13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Yanğının söndürülməsinə helikopter də cəlb olunub
Tarix: 22-08-2019 10:51 | Bölmə: Cəmiyyət
Yanğının söndürülməsinə helikopter də cəlb olunub

Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və müvafiq qüvvələri cəlb olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də yanğınla bağlı məlumat yayıb.

ETSN-nin məlumatına görə, avqustun 21-də gecə saatlarında Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında çətin keçilən yüksək dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində əsasən əl əməyindən istifadə olunmaqla lokallaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb. Yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin aviasiya dəstəsinin helikopteri də cəlb olunub. Hazırda tüstülənən sahələrin tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq