00:04 / 08-09-2025
Alim Qasımov villasını satır - Fotolar
18:05 / 07-09-2025
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
18:00 / 07-09-2025
Sumqayıtda 72 yaşlı kişi dənizdə boğulub
16:15 / 07-09-2025
Gəncədə uçqun olub, ölən var
13:20 / 07-09-2025
Bu gün əlavə imtahan keçirilib - (Yenilənib)
12:15 / 07-09-2025
Sabah yağış yağacaq - Proqnoz
11:33 / 07-09-2025
Nəriman Axundzadə millinin heyətindən kənarlaşdırılıb
10:47 / 07-09-2025
Kiyev "İskəndər" raketlərinin hədəfinə çevrilib - Foto
09:32 / 07-09-2025
Bu axşam “Qanlı Ay” görünəcək
18:25 / 06-09-2025
Ukrayna və Rusiya yeni əsir mübadilələrinə hazırlaşır
17:35 / 06-09-2025
Bakıda və rayonlarda xüsusi əməliyyat: kriminal şəxslər tutulub - Video
15:29 / 06-09-2025
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
15:11 / 06-09-2025
Kafedə iki nəfəri güllələyiblər - Yenilənib
12:12 / 06-09-2025
Bakıda “KamAZ” avtomobilin üzərinə aşıb, ölən var - Fotolar - Yenilənib
09:52 / 06-09-2025
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
09:44 / 06-09-2025
Fernandu Santuş: "Axı nəyə görə istefa verməliyəm?"
08:51 / 06-09-2025
Qayınata kürəkənini qətlə yetirib - Yenilənib
08:36 / 06-09-2025
Tramp Venesuelaya zərbə endirməyi düşünür
22:31 / 05-09-2025
İşçi qrupu növbəti iclasını keçirib - Fotolar
22:21 / 05-09-2025
Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
18:42 / 05-09-2025
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
18:05 / 05-09-2025
Britaniya baş nazirinin müavini istefa verib
17:49 / 05-09-2025
Astarada kütləvi zəhərlənmə olub - Yenilənib
17:32 / 05-09-2025
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalanıb
17:30 / 05-09-2025
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
17:07 / 05-09-2025
Əli Əsədov qərar imzalayıb
16:58 / 05-09-2025
Qadını maşınla vuran sürücü döyülüb
16:41 / 05-09-2025
Bakıda evlərə girən qadın saxlanııb - Video
16:11 / 05-09-2025
Atletlər Komissiyanın sədri dəyişib
15:46 / 05-09-2025
ABŞ altı ölkəni böyük təhlükə ilə üz-üzə qoyur
11:53 / 04-09-2025

11:13 / 04-09-2025

16:06 / 04-09-2025

18:03 / 03-09-2025

00:18 / 04-09-2025

18:25 / 06-09-2025

08:05 / 03-09-2025

18:12 / 04-09-2025

22:31 / 05-09-2025

18:42 / 05-09-2025

19:50 / 03-09-2025

13:20 / 07-09-2025

Narkomaniya – geri dönüşü olmayan yol - Foto
Tarix: 23-08-2019 12:05 | Bölmə: Cəmiyyət

Narkotik və psixatrop maddələr sinir sisteminə təsir edir, insanda tez bir zamanda asılılıq yaradır, istifadəçini fiziki və psixoloji cəhətdən məhv edir. Yaddaş və təfəkkürünü pozur, həyatdan küsdürür, hər kəsə qarşı laqeydlik yaradır.
XIX əsrin ortalarında narkomaniya tarixinin yeni bir dəhşətli mərhələsi narkotik maddələrin müasir üsulla - venadaxilinə yeridilməsi ilə başlanıb. Beləliklə də leksikonumuza “narkotik”, “narkotik vasitələr” terminləri daxil olub.
Narkotik - mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O, toksik maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir. Orqanizm zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15 nəfəri də narkomanlığa cəlb edə bilər.
Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır.
Narkomaniya 12-17 yaş qrupu arasında daha geniş yayılıb.

Narkotik istehsalına görə, Əfqanıstan dünya ölkələri sırasında bu gün də “liderliyi” qoruyub saxlayır. Avropa Birliyi ölkələrində narkomanların sayı 800 minə yaxındır. MDB və Asiya ölkələri də narkomanların sayına görə Qərbdən geri qalmır.
Avropa və Asiya qitələrinin qovuşduğu ərazidə yerləşən Azərbaycanda iqlim şərtləri ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib becərilməsinə, həm də belə bitkilərin yabanı halda bitməsinə şərait yaradıb. Məsələn, xaş-xaşın Qafqazda yayılmış 24 növündən 20-si məhz Azərbaycanda bitir. Qeyd olunan 20 növdən 19-u həm də yabanı halda yetişir. Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün də əlverişlidir.
Azərbaycan müstəqillik əldə etdikdən və digər ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirdikdən sonra kriminal strukturlar üçün narkotik vasitələrin yayılması, çirkli pulların təmizə çıxarılması üçün əlverişli şərait yaradıb. Beynəlxalq narkosindikatlar Azərbaycanın əlverişli vəziyyətindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd ediblər. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərib. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin, digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir.
Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici olması ölkəmizdə bu istiqamətdə ciddi mübarizə aparılmasını tələb edir ki, bu da hər bir şəxsin öz sahəsində narkomaniya və narkobiznesə qarşı vicdanla mübarizə aparması nəticəsində mümkündür.
Narkomaniya bəlası təkcə paytaxtımızla məhdudlaşmır. Ən ucqar əyalətlərimizdə belə bu bəlanın əlamətləri artmaqdadır. Statistik məlumatlara görə, son illərdə respublikanın Cənub zonasında narkomanların sayı çoxalmağa başlayıb. Əlbəttə, bir sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də dəhşətli şəkil almayıb. Lakin yaddan çıxartmamalıyıq ki, narkomanlıq yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə, sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir.
Digər vərdişlərə nisbətən narkomaniya daha çox təhlükəlidir. Bu bəlanın yayılması, sağlam cəmiyyət üçün təhlükə yaradır.
Heroin istifadəçilərinin əksəriyyəti iri şəhərlərdə yerləşir. Bunlar Bakı, Gəncə, Sumqayıt və Lənkərandır. Əvvəllər narkotik deyəndə daha çox Bakı və Bakı kəndlərinin adı çəkilirdisə, hazırda təəssüf ki, respublikanın bütün bölgələri bu zəhərin alış-satışı və qəbulu ilə məşğuldur. Bunların qarşısının alınması üçün narkomaniyaya qarşı hüquqi müstəvidə işlər görülür və görülməkdə davam edir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 26.08.1996-cı ildə “Narkomaniya və narkotika dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərman veril, 1999-cu ildə isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Narkotikanın qanunsuz dövriyyəsi haqqında” qanun qəbul edilib. Yəni narkomaniyaya qarşı qanunvericilik bazası zəngindir. Ölkənin qanunverici orqanı və icra strukturları bu istiqamətdə davamlı tədbirlər görməkdədir.
Lakin əsl məsələ problemin günü-gündən daha geniş coğrafi arealı əhatə etməsidir. Nəticədə ailələri dağılır, təkcə özünü deyil, bütün ailə üzvlərini bədbəxt edən narkoman xəstələr yetişir. Bu illətdən qurtulmaq çətin olsa da mümkünsüz də deyil.
Bunun üçün ilk növbədə iradə və əzm lazımdır. Bu həm də narkoman xəstələrin təkbaşına öhdəsindən gələcəkləri iş deyil. Ətrafı, xüsusən də yaxınları, ailələri, dostları bu reabilitasiya müddətində onun yanında olmalı, mənəvi dəstək göstərməlidirlər.
L. HÜSEYN
Bu yazı “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihə çərçivəsində çap olunur.
Bölməyə aid digər xəbərlər

Dünən, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
5-09-2025, 17:30
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
5-09-2025, 17:07
Əli Əsədov qərar imzalayıb
5-09-2025, 16:58
Qadını maşınla vuran sürücü döyülüb
5-09-2025, 16:41
Bakıda evlərə girən qadın saxlanııb - Video
5-09-2025, 13:36
Sabah hava necə olacaq? - Proqnoz
5-09-2025, 12:37
Füzulidə yanğın törədən şəxs tutulub
5-09-2025, 12:33
İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb
5-09-2025, 11:32
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə nəticələri açıqlanıb
5-09-2025, 08:50
"Optimus"-un yeni nəsil versiyasını təqdim ediblər
4-09-2025, 18:02
Dövlət Xidməti "Telegram"dakı dələduzluq hallarını araşdırır
4-09-2025, 17:49
Cəlilabadda avtomobil qəzası: yaralananların sayı 8-ə çatıb
4-09-2025, 17:29
Oleq Bakinski bəraət istəyir
4-09-2025, 17:22
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
4-09-2025, 17:01
Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb
4-09-2025, 16:01
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
4-09-2025, 15:18
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
4-09-2025, 14:59
Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
4-09-2025, 14:51
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
4-09-2025, 12:43
Sabah hava necə olacaq? - Proqnoz
4-09-2025, 12:03
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
4-09-2025, 09:42
20 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb
4-09-2025, 09:28
İki yeniyetmə su kanalında boğulub
3-09-2025, 18:20
Gədəbəydə dağlıq ərazidə yanğın olub - Video
3-09-2025, 18:12
Tiktoker xanımın anası məhkəmədə dindirilib
3-09-2025, 16:09
Azyaşlı qızın toyu dayandırılıb - (Yenilənib)
3-09-2025, 15:30
Bəhruz Səmədovun apellyasiya şikayəti təmin etməyiblər
3-09-2025, 14:32
Ağsuda yanğın törədən şəxs müəyyən olunub
3-09-2025, 14:08
Asteroid sürətlə Yerə yaxınlaşır - Xəbərdarlıq
3-09-2025, 13:26
Üç kollecə direktor müavini təyinatı olub
3-09-2025, 12:46
Sabah yağış yağacaq - Proqnoz
3-09-2025, 11:48
"Telegram" üzərindən yeni dələduzluq halları çoxalıb
3-09-2025, 10:45
Sertifikasiyadan kəsilən müəllimlər məhkəmədə iddia qaldırıblar
3-09-2025, 10:38
Səfirliyin sabiq əməkdaşının məhkəməsi başlayıb
3-09-2025, 08:14
Peyğəmbərin (s.ə.s) Mövludu günüdür
2-09-2025, 17:45
Qondarma “Xarici İşlər Nazirliyi”nin yerində Baş idarə tikiləcək
2-09-2025, 17:27
Elektron Təhlükəsizlik Xidmətinə mətbuat katibi təyin olunub
2-09-2025, 16:50
Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
2-09-2025, 15:30
Xəstələr üçün yığılan pulu ələ keçirən şəxs tutulub
2-09-2025, 14:53
15 saylı həbsxanaya rəis təyinatı olub
2-09-2025, 14:44
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
2-09-2025, 12:37
417,5 kiloqram narkotiki ələ keçirib, 10 şübhəli tutulub
2-09-2025, 12:21
Sabahın hava proqnozu açıqlanıb