16:25 / 15-09-2019
Sabiq deputat vəfat etdi
14:02 / 15-09-2019
Xalqı çaşdıran yalanlar
Orta məktəblərdə vakant vəzifələr - Seçim başa çatır
Tarix: 23-08-2019 12:11 | Bölmə: Cəmiyyət
Orta məktəblərdə vakant vəzifələr - Seçim başa çatır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsi bu gün başa çatacaq.

BŞTİ-dən Reyting.az-a verilən məlumata görə, avqustun 19-dan başlayan mərhələ bu gün saat 23:59:59-dək davam edəcək. Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi etməlidirlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir.

Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqustun 26-dan başlayacaq.

Qeyd edək ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
10-09-2019, 00:44 Bu gün Aşuradır

{sape_links}{sape_article}