18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Məhkəmə MMC-ni cərimələyib - Qərar
Tarix: 03-09-2019 18:10 | Bölmə: Cəmiyyət
Məhkəmə MMC-ni cərimələyib

Nərimanov Rayon Məhkəməsi “Agah Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin 536.4 avro (2682 avronun iyirmi faizi miqdarında) cərimə edilməsi barədə qərar çıxarıb.

Reyting.az
xəbər verir ki, MMC Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən yazılan protokola uyğun olaraq cərimələnib.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Nərimanov Rayon Məhkəməsinin qərarından “Agah Group” MMC tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

2009-cu ildən fəalliyyət göstərən "Agah Group" tikinti şirkəti sənaye tipli obyektlərin tikintisini həyata keçirir.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər