Nazir daha bir direktoru işdən çıxardı - Rəsmi ittihamla
Tarix: 06-09-2019 18:35 | Bölmə: Cəmiyyət
Nazir daha bir direktoru işdən çıxardı - Rəsmi ittihamla

Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr dəyişiklikləri olub.

Belə ki, İnam Kərimov İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənovu da işdən çıxarıb.

Xatırladaq ki, nazirin digər əmri ilə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov da vəzifəsindən azad edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumatı saytımıza təsdiq edib.

O bildirib ki, hər iki şəxs Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsiplərinə zidd hərəkət etdikləri üçün vəzifələrindən azad olunublar/Oxu.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}