18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
AQTA rəsmisindən uşaq bağçalarına ittiham: "Məhsullar saxlanma rejimlərində qorunmur"
Tarix: 13-09-2019 16:23 | Bölmə: Cəmiyyət
AQTA rəsmisindən uşaq bağçalarına ittiham: "Məhsullar saxlanma rejimlərində qorunmur"

"Uşaq bağçalarında aparılan monitorinqlər zamanı aşkarlanan əsas nöqsanlardan biri işçilərin qida təhlükəsizliyi ilə bağlı normativ-texniki sənədlərin tələbləri ilə tanış olmamalarıdır".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev deyib.

O bildirib ki, uşaq bağçalarının işçiləri tez xarab olan məhsulların hansı şəraitdə saxlanılmasından məlumatsızdılar: "Onlar məhsulun hansı qaydada tədarük olunması, hazırlanması barədə məlumatsızdılar. Əsas nöqsanlar məhsulların saxlanma rejimlərlə riayət edilmədən istifadə edilməsi halları ilə bağlıdır. AQTA regional bölmələrinin əməkdaşları həmin müəssisələrin işçilərinə həmin normativ texniki sənədlərin tələblərini izah edirlər. Bütün sənədlər toplanandan sonra nəticələr barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Repot




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər