07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Bu gün rusiyalı jurnalist Tehranda məhkəmə qarşısına çıxarılacaq - Səbəb
Tarix: 05-10-2019 11:12 | Bölmə: Cəmiyyət
Bu gün rusiyalı jurnalist Tehranda məhkəmə qarşısına çıxarılacaq

Bu gün İranda həbs edilən rusiyalı jurnalist Yuliya Yuzikin məhkəməsi keçiriləcək.

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, İranın Rusiyadakı səfiri Mehdi Sənayi Rusiya Xarici İşlər Nazirliyinə dəvəti edilməsini təsdiqləyib. O, xarici işlər nazirinin müavini İqor Marqulovla görüşərək Yuzikin həbsinə dair izahat verib.

Tehrandakı Rusiya səfirliyinin sözçüsü Andrey Qankenko bütün Rusiya media nümayəndələrini İrana səfərləri barədə əvvəlcədən məlumat verməyə çağırıb. O əlavə edib ki, Yuliya Yuzikin Tehrana səfəri barədə məlumatları olmayıb.

“Sputnik”ə açıqlamasında İran XİN-in sözçüsü Seyyid Abbas Musəvi bildirib: “Ümid edək ki, rusiyalı jurnalist tezliklə sərbəst buraxılacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}