Gürcülərlə azərbaycanlılar arasında kütləvi dava olub - Yaralılar var
Tarix: 07-10-2019 22:04 | Bölmə: Cəmiyyət
Gürcülərlə azərbaycanlılar arasında kütləvi dava olub

Gürcüstanın paytaxtı Tbilisidə gürcülər və azərbaycanlılar arasında kütləvi dava düşüb.

APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, dava zamanı xəsarət alan bir azərbaycanlı xəstəxanaya çatdırılıb, yaralı bir neçə nəfərə isə ilkin tibbi yardım göstərilib. Xəsarət alan şəxslərə hücum edənlər beş nəfər olub. Davanın etnik zəmində baş vermədiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}