18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Təhsil naziri: "Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi var"
Tarix: 10-10-2019 12:14 | Bölmə: Cəmiyyət
Təhsil naziri: "Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi var"

"Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi mövcuddur".

Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu sahədə ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğundur: "Ancaq bir sıra məktəblərdə sıxlıq müşahidə olunur. Bu da daxili miqrasiya nəticəsində bəzi yaşayış məntəqələrində çoxlu sayda vətəndaşın yaşaması ilə bağlıdır.

Bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur. Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq".

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər