Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub: ölən var
Tarix: 17-10-2019 16:22 | Bölmə: Cəmiyyət
Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub: ölən var

Şirvanda baş verən yol qəzasında ölən və yaralanan şəxsin adı məlum olub.

Şirvan sakini, 1976-cı il təvəllüdlü Babayev Teymur Hüseynağa oğlunun idarə etdiyi “Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı 10 saylı marşrut üzrə işləyən mikroavtobus, Şirvan sakini, 1992-ci il təvəllüdlü Cavadov Muradəli Elçin oğlunun idarə etdiyi “VAZ-21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ-21014” markalı avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}