Bakıda polis əməliyyatı: 3 nəfər həbs edildi + Detallar
Tarix: 22-10-2019 11:55 | Bölmə: Cəmiyyət
Bakıda polis əməliyyatı: 3 nəfər həbs edildi + Detallar

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü A.Aydınovdan 437 qram heroin, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü E.Əhmədovun idarə etdiyi “Volkswagen” markalı avtomobilindən 2 kq 193 qram metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 1986-c il təvəllüdlü C.Cəfərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1,5 kq heroin aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}