Sabahın hava proqnozu açıqlandı
Tarix: 26-10-2019 12:36 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeronda gecə 12-16° isti, gündüz 20-23° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz görə, oktyabrın 27-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və metetoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.




Bölməyə aid digər xəbərlər