16:47 / 09-05-2025
Rövnəq Abdullayev yeni naziri kollektivə təqdim edib
15:28 / 09-05-2025
Masallıda avtomobil aşıb: 3 nəfər ölüb
14:18 / 09-05-2025
İlham Əliyev və birinci xanım Şuşada - (Yenilənib)
09:59 / 09-05-2025
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
09:05 / 09-05-2025
Anqola prezidenti İlham Əliyevə zəng edib
08:55 / 09-05-2025
Putin qədəhini “Qələbə və Sülhün şərəfinə!” qaldırıb
08:50 / 09-05-2025
Bayden: Trampın hakimiyyətə gəlməsində məsuliyyətim var
08:45 / 09-05-2025
Rumiyna göndərdiyi yardıma görə Kiyevdən təzminat umur
08:29 / 09-05-2025
Tramp “Dünya gözəli”nin təkilatçısı kimi danışır
08:15 / 09-05-2025
Si Cinpin: “Böhranın səbəbləri aradan qaldırılmalıdır”
00:03 / 09-05-2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - Foto
23:44 / 08-05-2025
Pakistan Hindistana raketlərlə cavab verib
22:40 / 08-05-2025
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
21:05 / 08-05-2025
Məhkəmə: Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş olunub - (Yenilənib)
20:33 / 08-05-2025
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
20:17 / 08-05-2025
Məşhur rejissor böyük faciəni ekranlaşdıracaq
19:31 / 08-05-2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
18:40 / 08-05-2025
Pakistan Hindistanın 25 PUA-sını vurub
18:28 / 08-05-2025
95 milyard avroluq məhsula rüsum tətbiqinə hazırlaşırlar
18:15 / 08-05-2025
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
18:05 / 08-05-2025
AFFA klublara Premyer Liqada iştirak üçün lisenziya verib
17:59 / 08-05-2025
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
17:46 / 08-05-2025
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
17:30 / 08-05-2025
Tofiq Yaqublu ilə bağlı Azərbaycan prezidentinə müraciət ediblər
17:27 / 08-05-2025
Putinin “parad atəşkəsi” 734 dəfə pozulub
17:08 / 08-05-2025
Prezident mədəniyyət və elm xadimləri ilə bağlı sərəncam imzalayıb
17:07 / 08-05-2025
Nazirliyə 5 milyon manat ayrılıb
16:58 / 08-05-2025
İncəsənət xadimlərinə Prezident mükafatı verilib - (Siyahı)
16:51 / 08-05-2025
Tramp Ərdoğanı Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çağırır
16:55 / 04-05-2025

10:50 / 05-05-2025

00:06 / 05-05-2025

19:52 / 04-05-2025

23:43 / 05-05-2025

07:53 / 05-05-2025

21:00 / 05-05-2025

10:43 / 05-05-2025

21:33 / 05-05-2025

13:21 / 07-05-2025

20:35 / 06-05-2025

08:40 / 05-05-2025

Adı korrupsiyada hallanan bələdiyyə sədrini kim qoruyur: YAP, yoxsa?!
Tarix: 29-10-2019 13:23 | Bölmə: Cəmiyyət

Dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Artıq seçkinin birinci – passiv mərhələsinə start verilib. Başda hakim Yeni Azərbaycan Partiyası (YAP) olmaqla bir çox siyasi firqələr bələdiyyə seçkilərində iştiraka qərar veriblər. Hazırda partiyalar namizədlərini müəyyənləşdirmək və sənədlərini müvafiq Dairə Seçki komissiyalarına təqdim etməkdədirlər. MSK-nın yaydığı məlumata görə, bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 4765 nəfər müraciət edib. Qeyd olunub ki, müraciət edənlərin 65 faizi kişilər, 35 faizi isə qadınlardır.
Son zamalar ölkədə aparılan kadr islahatları yerliözünüidarə qurumları hesab edilən bələdiyyələrdə necə özünü göstərəcək? Partiyalar və yaxud da təşəbbüs qrupları namizəd müəyyənləşdirərkən daha çox nələrə diqqət edəcəklər? Ötən 5 ildə bələdiyyələrə rəhbərlik edən uğursuz kadrlarla yola “davammı, tamammı?” deyəcəklər.
Əldə etdiyimiz məlumata görə, dəyişən heç nə yoxdur… Belə ki, fəaliyyəti dövründə adı korrupsiya ittihamında hallanan və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində haqqında cinayət işi başladılan Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva yenidən namizədliyini irəli sürüb. Təəssüf doğuran məqam da ondan ibarətdir ki, Binəqədi YAP Qadınlar Şurasının sədri olan Aytac Əliyevanın namizədliyinin də elə məhz YAP-ın dəstəklədiyi vurğulanır. Əlbəttə, YAP-ın dəstəklədiyi namizədin seçkilərdən sonra sədr olma ehtimalı da çox yüksəkdir.
Qeyd olunur ki, A. Əliyeva istintaqdan yayınmaq və vaxtı uzatmaq üçün yenidən sədrliyə iddialı olduğu kimi, məqsədinə çatmaqda da israrlıdır.
Bəzi KİV-lər Binəqədi rayonunun keçmiş icra başçısı Xaləddin İsgəndərovun ən yaxın adamı kimi təqdim etdiyi A. Əliyevaya yeni başçı Elxan Allahverdiyevin də toxuna bilməməsinin əsas səbəblərindən biri kimi partiya mənsubiyyətini göstərirlər. Baxmayaraq ki, E. Allahverdiyev bir az əvvəl X. İsgəndərovun daha bir kadrı, YAP Binəqədi rayon təşkilatının sədri, A. Əliyevanın hamisi, İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarə qurumları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovu da vəzifəsindən azad edib. Deməli, YAP amili burda heç də mühüm rol oynaya bilməz, hansısa qüvvə, daha doğrusu, “gizli əl” A. Əliyevanı qorumaqda davam edir. Yox, iddia olunduğu kimi A. Əliyevanı qoruyan hakim partiyadırsa, deməli, cənab Prezidentin “bəziləri islahatlara mane olur”,- ifadəsinin ünvanı da elə məhz YAP olmalıdır.
Ölkə KİV-ləri təxminən 7-8 ay əvvəl qeyd edirdi ki, yeni icra başçısı fəaliyyətə başlayar-başlamaz sələfi Xaləddin İsgəndərovun kadrları ilə bağlı araşdırmalara başlayıb.
Hələ o zaman “Reytinq”ə daxil olan məlumatda bildirilirdi ki, artıq Binəqədi rayonunu əhatə edən bütün bələdiyyələrdə də təftişə başlayırlar:
“Bildiyiniz kimi, bələdiyyə sədrlərinin hamısı Xaləddin İsgəndərovun xeyir-duası ilə həmin postlara seçiliblər. Məhz bu faktor da indi onların karyerasını təhlükə altına atıb. Məsələn, bir neçə gündür ki, paralel olaraq Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi də bələdiyyələrdə təftişə start veriblər. Maraqlıdır ki, mərkəzin yoxlama heyəti artıq Binəqədi qəsəbə bələdiyyəsini, onun sədri Aytac Əliyevanın ətrafında daha geniş yoxlama aparır”.
Aytac Əliyevanın Xaləddin İsgəndərovanın ən etibarlı kadrlarından olduğunu iddia edən mənbəmiz deyib ki, görünür, məhz bu fakt da onun ilk hədəfə gələnlər arasında olmasına səbəb verib.
Xatırladaq ki, elə həmin ərəfədə ölkə mətbuatında Binəqədi qəsəbə Bələdiyyəsindəki mənbəyə istinadən bələdiyyə iclasının gündəliyini və müzakirə olunan məsələlər barə geniş yazı dərc edilmişdi. Həmin yazıda qeyd olunurdu ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəsmi nümayəndəsinin də iştirak etdiyi iclasda bələdiyyənin bir sıra qanun pozuntularına yol verdiyi qeyd olunub: “Bunu Ədliyyə Nazirliyinin nümayəndəsi qaldırıb. Lakin iclasda iştirak edən nazirliyin nümayəndəsi Seymur müəllim ümumi sözlərdən konkretliyə varmayıb. Yəni iclasda iştirak edən bələdiyyə üzvlərinə aydın olmayıb ki, nazirliyin göndərdiyi və prokurorluğun müəyyən etdiyi qanun pozuntuları nələrdən bəhs edir. Ancaq nazirlik rəsmisi soruşdu ki, bələdiyyənin topladığı vergilər hara xərclənib? Yəni bunun hesabatını istəyən zaman bələdiyyə sədri özünü itirdi...".
Mövzu ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinə sorğu göndərmişik. Nəticələr barədə əlavə məlumat verəcəyik.
Reyting.az A. Əliyevanın da məsələyə münasibətinə yer ayırmağa hazırdır.
Bölməyə aid digər xəbərlər

Dünən, 20:33
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
Dünən, 18:15
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar
Dünən, 17:59
27 yaşlı gənc tikinti obyektində yıxılaraq ölüb
Dünən, 14:26
Rasim Məmmədov əmlaklarını geri istəyir
Dünən, 12:29
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:40
Şəhər prokurorluğunun yeni korpusu açılıb
Dünən, 10:15
Bank kartlarından daha 30 min manat oğurlanıb
Dünən, 10:00
Qızıl balıqlarla bağlı xəbərdarlıq ediblər
7-05-2025, 17:40
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq
7-05-2025, 17:19
DTX-nin dövlətə xəyanətdə ittiham etdiyi şəxsə hökm oxunub
7-05-2025, 16:31
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
7-05-2025, 15:09
Türkiyə gözəlinin müəmmalı şəkildə öldüyü villa 15 milyona satılıb
7-05-2025, 14:14
Tiktoker Mahirə insan alverində ittiham olunur
7-05-2025, 13:21
Məhkəmə Şərurlu İsfəndiyarın əleyhinə qərar verib
7-05-2025, 12:08
Sabah yağış yağacaq
7-05-2025, 10:10
Ağdaşda musiqiçilər arasında dava düşüb, saxlanılan var
7-05-2025, 08:21
Teleaparıcı MRT-dən keçərkən ürəyi dayanıb...
7-05-2025, 00:10
Bakıda 20 gün əvvəl təmir olunan yol yenidən çöküb - Video
6-05-2025, 23:13
Hacıqabulun üç kəndində evləri sel suları basıb
6-05-2025, 17:59
Oleq Bakinski ev dustaqlığına buraxılıb
6-05-2025, 16:29
Naxçıvanda ər arvadını bıçaqlayıb
6-05-2025, 13:01
Sabahın hava proqnozu açıqlanıb
6-05-2025, 12:27
Media subyektlərinə dəstək müsabiqəsi başlayıb
6-05-2025, 11:14
Sabiq məhkəmə hakimi barədə qərar verilib
6-05-2025, 09:50
Yağıntılı havaya görə bəzi əraziləri su basıb - Video
6-05-2025, 09:35
Sumqayıtda top mərmisi tapılıb
6-05-2025, 09:16
Samirə Allahverdiyeva İdman TV-nin direktor müavini təyin olunub
5-05-2025, 17:45
Tapança ilə tutulan cərrah: "Özümə gəlməyə çalışıram"
5-05-2025, 17:20
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
5-05-2025, 16:33
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
5-05-2025, 16:13
Kəlbəcər sakini meşədə itkin düşüb - Yenilənib
5-05-2025, 15:29
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub
5-05-2025, 14:28
Rusiyada internet problemi yaranıb
5-05-2025, 13:10
Sabahın hava proqnozu açıqlanıb
5-05-2025, 13:00
Bakı və Sumqayıtda əməliyyat: saxlanılanlar var
5-05-2025, 11:10
Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb
5-05-2025, 11:02
“Yüksəliş” müsabiqəsinin kadr bankının təqdimatı keçirilib
5-05-2025, 10:08
Məktəb və müəllim seçimi başlayır
5-05-2025, 09:23
Abşeronda qəzaya uğrayan maşın yanıb
4-05-2025, 14:14
Sabah Bakıya leysan, rayonlara sulu qar yağacaq
4-05-2025, 11:11
Milli Müdafiə Universiteti Bakı marafonuna qoşulub - Fotolar
4-05-2025, 08:00
Bu gün şagird və abituriyentlər üçün növbəti imtahandır
3-05-2025, 09:58
Bakının bəzi küçə və prospektlərində hərəkət tam məhdudlaşdırılacaq
2-05-2025, 17:22
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
2-05-2025, 14:29
Sumqayıtda hasar "KamAZ"ın üzərinə aşıb, sürücü ölüb