18 nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
Tarix: 30-10-2019 10:14 | Bölmə: Cəmiyyət
18 nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Bakıda 18 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Əlirza Mehdiyev, İmaməli Rəhimov və İsmayıl Nəzəriliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 18 nəfərin etibarından sui-istifadə edərək onların pullarını məniməsəyərək dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərdən Əlirza Mehdiyev istintaqdan bir müddət yayınıb. Onun barəsində axtarış elan olunub və tutularaq istintaqa cəlb edilib.

Hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər