Prokuror çox cəza istədi, hakimsə... - 1 milyonluq dələduzluq edən şirkət rəhbərinə hökm oxundu
Tarix: 30-10-2019 19:02 | Bölmə: Cəmiyyət
Prokuror çox cəza istədi, hakimsə... - 1 milyonluq dələduzluq edən şirkət rəhbərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Aqil Qədirovun 12 il, Elnur Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Cinayət işində 33 zərərçəkmiş var.

"Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər