Bakıda iki sərnişin avtobusu toqquşub, 7 nəfər yaralanıb
Tarix: 31-10-2019 15:42 | Bölmə: Cəmiyyət
Bakıda iki sərnişin avtobusu toqquşub, 7 nəfər yaralanıb

Bakıda iki sərnişin avtobusu toqquşub.

Hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.

Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır.

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyi faktı təsdiqləyib.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır/Report.




Bölməyə aid digər xəbərlər