Cərrah: “Oqtay Güləliyevin əməliyyatı uğurla keçsə də...”
Tarix: 31-10-2019 22:55 | Bölmə: Cəmiyyət
Cərrah: “Oqtay Güləliyevin əməliyyatı uğurla keçsə də...”

Oktyabrın 29-da Nəsimi rayonu ərazisində, 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Güləliyevi vurub.

Reyting.az
-ın məlumatına görə, cərrah Bəhman Yadigarov Analoq.az-a bildirib ki, 30 oktyabr saat 00-30-da Səhiyyə Nazirliyi tərəfindən xəstənin əməliyyat olunmasıyla bağlı göstəriş verilib.

Hadisədən dərhal sonra "Sity hospital"a yerləşdirilən hüquq müdafiəçisini əməliyyat edən cərrah, əməliyyatın çox ugurlu keçdiyini, beynindən böyuk ölçulu himotoma xaric olunduğunu qeyd edib.

Xəstənin vəziyyəti ilə bağlı məlumat verən cərrah B. Yadigarov onu da qeyd edib ki, əməliyyat uğurla keçsə də, hələlik xəstənin vəziyyəti agırdır, koma vəziyyətindədir. Reanimasiya şöbəsində müalicəsi davam edir. Xəstə Səhiyyə Nazirliyi və Neyrocərrahiyyə xəstəxanasının tam nəzarətindədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər