12:31 / 05-02-2025
Sabah yağış yağacaq
Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub - Foto
Tarix: 01-11-2019 10:19 | Bölmə: Cəmiyyət
Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib.

Reyting.az
“Report”-a istinadla xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsi Fuad Heydərova həvalə olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub
F. Heydərov

F. Heydərov əvvəllər xidmət rəisinin müavini vəzifəsində işləyib. Bu ilin iyul ayından isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçmiş rəisi Elman Cəfərov bu ilin iyul ayından vəzifəsindən azad edilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:31 Sabah yağış yağacaq
Dünən, 12:53 Sabah yağış yağacaq