Deputatdan "Primakov qalmaqalı" ilə bağlı qəzəbli açıqlama: “Şəhidləri çiynimdə daşıdığımdan xəbərsizdirlər”
Tarix: 02-11-2019 15:52 | Bölmə: Cəmiyyət
Deputatdan "Primakov qalmaqalı" ilə bağlı qəzəbli açıqlama: “Şəhidləri çiynimdə daşıdığımdan xəbərsizdirlər”

Millət vəkili Səməd Seyidov onun Primakovun yubileyi ilə bağlı Bakı Slavyan Universitetinin keçirdiyi tədbirdə iştirak etməsi haqda sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

S.Səmədov bildirib ki, bu iddialar onu çox qəzəbləndirib:

“Görünür ki, bu iddiaları irəli sürən şəxslər mənim “20 Yanvar” şəhidlərini çiynimdə daşıdığımdan, qanlı gecədə şəhid olmuş tələbəm Ülvi Bünyadzadənin adına muzey açmağımdan, doğma qardaşımın ermənilər tərəfindən qətlə yetirildiyindən bixəbərdirlər.

Sevinc Fətəliyevaya və həmin vaxt Brüsseldə olan Sahibə Qafarovaya qarşı da eyni böhtanı atan bu şəxslərin məqsədi heç bir əsası olmayan, yalan və böhtan xarakterli iddialar irəli sürərək, dövlətimizin maraqlarını hər zaman hər şeydən üstün tutan, Azərbaycanı beynəlxalq aləmdə təmsil edən insanların əməklərini heçə sayaraq, çirkin şəkildə ləkələmək, insanlarda onlara qarşı nifrət hissi oyatmaqdır. O dərəcədə çirkindirlər ki, mənim Avropa Şurasında çəkilmiş şəklimi həmin tədbirdəki kimi təqdim etməkdən, xəbərim belə olmadığı bir tədbirdə iştirak etdiyimi iddia etməkdən belə utanmırlar!!!”

Qeyd edək ki, BSU-da “20 Yanvar” faciəsinin təşkilatçılarından biri Primakovun yubileyi ilə bağlı müsabiqə elan edilib və tələbələr məqalələr yazaraq yer tutublar. Sonra isə bu mövzuda tədbir keçirilib. /qafqazinfo.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər