12:36 / 08-02-2025
Sabah qar yağacaq
Gürcüstanda azərbaycanlı seyid və ailəsinin qəbrləri dağıdılıb
Tarix: 04-11-2019 13:46 | Bölmə: Cəmiyyət
Gürcüstanda azərbaycanlı seyid və ailəsinin qəbrləri dağıdılıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Daştəpə kənd qəbirstanlığında vandalizm aktı törədilib.

"Report”un yerli bürosu xəbər verir ki, qəbirstanlıqda Seyid Qəmbər Əsgərovun türbəsindəki qəbri dağıdılıb.

Onun ailəsinin beş üzvünün qəbirlərinin baş daşları da uçurularaq yararsız hala salınıb.

Seyid Qənbər Əsgərovun yaxınları və Daştəpə sakinləri qəbirlərin qəsdən dağıdıldığını iddia edirlər.

Hadisə yerinə polis çağırılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:36 Sabah qar yağacaq
Dünən, 12:57 Sabah qar yağacaq
6-02-2025, 10:05 Bölgələrə qar yağır
5-02-2025, 12:31 Sabah yağış yağacaq
4-02-2025, 12:53 Sabah yağış yağacaq