Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 25-08-2016 14:59 | Bölmə: Cəmiyyət / Xəbərlər

""Xalq cəbhəsi” qəzetinin baş redaktoru olduğum zaman, 2001-ci ildə qəzetdə nurçularla bağlı Vüqar Hüseynovun araşdırmalarını dərc etdik. O vaxt Türkiyədə nurçuluq əleyhinə yazan Nəcib Hablemletoğlu qətlə yetirilmişdi. 8 yazı yayımladıq. Həmin vaxtı həm mənə, həm də yazının müəllifi Vüqar Hüseynova, eyni zamanda qəzetin dostu olan Qüdrət Həsənquliyevə təzyiqlər başladı. 8 nömrədən sonra məhz Türkiyə səfirliyinin təkidi ilə yazıları dayandırdıq. Çünki bizim üçün dost və qardaş ölkənin rəsmi mövqeyi, incidilməməsi önəmli idi”.
APA-nın xəbərinə görə, bunu "APA Holding”in prezidenti, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı MŞ-da "Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu araşdırma ilə bağlı həmin vaxt "Xalq Cəbhəsi” qəzeti məhkəməyə verilib.
V.Mahirqızı deyib ki, 2013-cü ilə qədər gülənçilərin keçirdikləri tədbirlərdə dünyanın müxtəlif ölkələrinin ən tanınmış şəxsləri, dövlət rəsmiləri iştirak ediblər: "Çünki bu, həmin vaxt Türkiyə dövlətinin yaxın müttəfiqinin tədbirində iştirak kimi qəbul olunurdu. Ona görə də mən hamının bu gün ucdantutma qınanılmasının, bu məsələ ilə bağlı kampaniyaçılığın əleyhinəyəm. Lakin 2013-cü ildən sonra artıq Türkiyə dövləti belə bir müttəfiqi olmadığını açıqladı, bunlara qarşı mübarizəyə başladı. Məhz bundan sonra bu dairə ilə sıx əlaqə saxlayanlar, əməkdaşlığı davam etdirənlər mütləq araşdırılmalı və cəzalandırılmalıdır. Eyni zamanda hətta 2013-cü ilə qədər də bu qrupun dövlət əleyhinə fəaliyyətində onlarla əməkdaşlıq etmiş şəxslərin araşdırılması və cəzalandırılması lazımdır. Yoxsa Türkiyə hakimiyyətinin müttəfiqi kimi yanaşıb, Türkiyə dövlətinə və hakimiyyətinə sayğıdan irəli gələrək bu insanlarla münasibət saxlayan, tədbirlərdə iştirak, çıxış edən adamların qaralanmasını doğru hesab etmirəm”.
V.Mahirqızı eyni zamanda qeyd edib ki, hələ 2009-cu ildə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiriƏli Həsənovgülənçilərə qarşı açıq və sərt fikrini bildirib: "Həmin tədbirdə çoxumuz iştirak edirdik. Əli müəllim açıq mətnlə bu şəxslərə "siz artıq əndazəni aşmısınız”,- dedi və bildirdi ki, biz Türkiyə Cümhuriyyətinin qurucusu kimi Atatürkü tanıyırıq. Heydər Əliyevlə yanaşı yalnız Atatürkün portreti qoyula bilər. O vaxt gülənçilər bundan çox pərt oldular. Həmin vaxt tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da Əli müəllimin bu fikirlərini çox dəstəklədi”.
V.Mahirqızı bildirib ki, Azərbaycan mediası dövlətin maraqlarına təhlükə ola bilən istənilən cərəyanla mübarizədə dövlətin yanındadır: "Düşünürəm ki, bu, birmənalı və mübahisəsizdir”.
Reyting.az

Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər