14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi magistr və tələbələr üçün təcrübə proqramı elan edib
Tarix: 05-11-2019 15:54 | Bölmə: Cəmiyyət
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi magistr və tələbələr üçün təcrübə proqramı elan edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır.

İİTKM-in mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, təcrübə proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-yə müraciət edə bilərlər:

- İqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, dizayner.

Təcrübə proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

- Məntiqi və analitik düşünmə qabiliyyəti;

- Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5);

- Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən 2019-cu il 26 noyabr tarixinədək intern@ereforms.org ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}