Azərbaycan əsgəri şəhid oldu
Tarix: 07-11-2019 12:21 | Bölmə: Cəmiyyət
Azərbaycan əsgəri şəhid oldu

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbər yayılıb.

Reyting.az
xəbər verir ki, Modern.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi ilə əlaqə saxlamağa çalışıb. Ancaq DSX-nın mətbuat xidməti telefon zənglərinə cavab verməyib.

Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova isə sosial şəbəkələrdə yayılmış məlumatı təsdiqləyib.

Yaqut Məsimova deyib ki, Babək Aslanov dünən şəhid olub. Onun sözlərinə görə, əsgərin cənazəsi dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər