Bibiheybət yolu sürüşdü: 125 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirildi
Tarix: 24-11-2019 21:27 | Bölmə: Cəmiyyət
Bibiheybət yolu sürüşdü: 125 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırıldığından 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi də dəyişdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumat Bakı Nəqliyyat Agentliyindən yayılıb.

Bildirilir ki, bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək.

Dəyişiklik ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}