Sürüşən yolda bir neçə ay təmir işləri aparılacaq
Tarix: 25-11-2019 11:54 | Bölmə: Cəmiyyət
Sürüşən yolda bir neçə ay təmir işləri aparılacaq

"İki gün bundan öncə bu ərazidə çatlar əmələ gəlmişdi. Bizim əməkdaşlar tərəfindən əraziyə baxış keçirildi və nəzarət altında saxlanıldı. Ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu əraziləlrdə çökmə hadisəsi baş verdi".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildiirb ki, Bibiheybət, Bayıl ərazilərində bir neçə sürüşmə nöqtəsi var ki, onlardan biri də bu ərazidən keçir: "İntensiv yağışlar nəticəsində bu ərazidə sürüşmə aktivləşdi və nəticədə belə hadisə baş verdi. Hazırda əməkdaşlarımız və müvafiq qurumların nümayəndələri ərazidədirlər, araşdırılma aparılır. Təmir-bərpa işləri qısamüddətli olmayacaq, bir neçə ay ərazidə işlər görülməsi nəzərdə tutulur".

A.Nəcəfli bildirib ki, sürüşmə təxminən 100 metr ərazini əhatə edir.

"Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər