Komitə sədri: "Qadınların 20,9 faizi deyir ki, qadın döyülməyə layiqdir"
Tarix: 25-11-2019 12:21 | Bölmə: Cəmiyyət
Komitə sədri: "Qadınların 20,9 faizi deyir ki, qadın döyülməyə layiqdir"

Apardığımız təhlillər zamanı kişilərin 41 faizi, qadınların 34,7 faizi bildirib ki, qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir. Həmçinin qadınların 20,9 faizi, kişilərin 37,4 faizi isə qeyd edib ki, bəzi zamanlar qadın döyülməyə layiqdir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunan "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, bütün bunlar bir daha onu göstərir ki, zorakılığa münasibət bir çox hallarda patriarxal mədəniyyətin, dünyagörüşünün nəticəsində formalaşır: "Bu yanaşmanı aradan qaldırmaq uzun bir prosesdir. Vaxtında bu ailələrə profilaktik iş aparmaq lazımdır. Profilaktik işin güclü olduğu yerlərdə zorakılıq halları baş vermir. Qadınlara qarşı zorakılıq yalnız ailə məsələsi deyil. Bu zorakılığı törədənlərin 70 faizi eyni təcavüzü uşaqlara qarşı törədir. Bu baxımdan qadına qarşı əl qaldıran kişinin eyni hərəkəti öz uşağına qarşı da təkrar edilə bilər. Ona görə də qadın və uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətində hər zaman prioritet məsələlərdən biri olub".

Dövlət Komitəsinin sədri bildirib ki, qadınlara qarşı zorakılığın halları müasir dövrün problemlərindəndir: "Araşdırmalar nəticəsində məlum olub ki, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalır, hər 3 dəqiqədə bir qadın isə zorakılığın qurbanı olur".

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər