Deputatdan məcburi köçkünlərin müavinəti ilə bağlı hökumətə irad: "Bu, hansı məntiqə sığır?"
Tarix: 25-11-2019 13:08 | Bölmə: Cəmiyyət
Deputatdan məcburi köçkünlərin müavinəti ilə bağlı hökumətə irad: "Bu, hansı məntiqə sığır?"

“Azərbaycanda məcburi köçkünlərə dövlət başçısı tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Ölkə başçısı bütün çıxışlarında bildirib ki, məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə diqqətlə yanaşmaq lazımdır”.

Bunu deputat Elman Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hökumət də bu sahədə dövlət başçısının qarşıya qoyduğu vəzifələri icra edir və etməyə çalışır:

“Amma bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu qərarlar məcburi köçkünlər statusuna malik olan bir qrup insanın yolunun bağlanmasını gətirib çıxarır. Məsələn, mən Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarını diqqətinizə çatdırıram. Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb. İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər. Axı, bu, ziddiyyət təşkil edir. Digər bir bənddə isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə və onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər