Psixoloqların diaqnostik qiymətləndirilməsinin proqramı açıqlanıb - Foto
Tarix: 29-11-2019 10:55 | Bölmə: Cəmiyyət
Psixoloqların diaqnostik qiymətləndirilməsinin proqramı açıqlanıb

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb.

Reyting.az
Təhsil Nazirliyinə istinadla xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Diaqnostik qiymətləndirilməyə bu ilin dekabr ayında start veriləcək.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Psixoloqların diaqnostik qiymətləndirilməsinin proqramı açıqlanıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}