Paytaxt sakininin pulunu, obyekt və mənzillərini ələ keçirən şəxs tutuldu
Tarix: 10-12-2019 14:13 | Bölmə: Cəmiyyət
Paytaxt sakininin pulunu, obyekt və mənzillərini ələ keçirən şəxs tutuldu

Bakıda 165 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən cari il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165 min manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}