21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Qanunsuz saxlanılan silah-sursat müsadirə olunub - Foto
Tarix: 09-01-2020 09:49 | Bölmə: Cəmiyyət
Qanunsuz saxlanılan silah-sursat müsadirə olunub

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları vətəndaşdan qanunsuz saxlanılan silah-sursat götürüblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, PB-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Qonaqkənd qəsəbə sakini Aydın Nəsirova məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin damından bir ədəd müvafiq sənədləri olmayan “İj-16” markalı ov tüfəngi və 12 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Qanunsuz saxlanılan silah-sursat müsadirə olunub




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər