Merz: Almaniya Ukraynaya qoşun göndərməyə hazırlaşmır
Tarix: 03-09-2025 12:40 | Bölmə: Dünya
Merz: Almaniya Ukraynaya qoşun göndərməyə hazırlaşmır

Hazırda Almaniyanın Ukraynaya sülhməramlı qoşunlar göndərmək üçün konkret planları yoxdur.

Reyting.az
xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

F. Merz bildirib ki, Ukraynanın müttəfiqləri, potensial atəşkəsdən və sülh sazişindən sonrakı dövr üçün mümkün təhlükəsizlik təminatları ilə bağlı müzakirələri davam etdirirlər.

“Bir çox suallara yalnız ən azı atəşkəs əldə etdikdə cavab vermək olar. O vaxta qədər, təbii ki, Ukraynaya qoşun göndərilməyəcək”,- Merz deyib.

Kansler əlavə edib ki, Almaniyanın müəyyən şübhələri var və son qərarı parlament verməlidir.

Onun sözlərinə görə, Rusiya ilə razılaşmanın necə olacağına daha sonra baxmalı olacaqlar: “Rusiyaya qarşı” qoşun yeritmək heç bir nəticə verməyəcək. Belə qərarlar yalnız Kremllə razılaşdırılaraq verilə bilər”.

Bundan əlavə, Merz Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təhlükəsizlik zəmanətləri ilə bağlı bəyanatlarına cavab verib və bildirib ki, Aİ Ukraynaya hərbi dəstək barədə qərarlara görə məsuliyyət daşımır - bu, “İstəklilər koalisiyası”nın üzvləri tərəfindən həll edilməlidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər