16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Belarusda iki qardaş edam ediləcək - Hökm
Tarix: 10-01-2020 23:43 | Bölmə: Cəmiyyət
Belarusda iki qardaş edam ediləcək

Belarusun Moqilyov vilayəti, Çerikovski rayon Məhkəməsi Çerikovedə müəlliməni qəddarcasına öldürən iki nəfər barəsində yanvarın 10-da ölüm hökmü çıxarıb.

Reyting.az
Belarus mediasına istinadla xəbər verir ki, Çerikovedəki 2 saylı orta məktəbin defektoloq müəlliməsi ötən il aprelin 10-da öldürülüb.

Müəllimənin evində yanğın baş verəndən sonra qonşular xilasediciləri çağırıbar. Yanğın söndürüləndə mənzildə sahibin yanan meyiti aşkar olunub. Sonradan ekspertiza aparılıb, nəticədə ölənin bədənində 140-a yaxın bıçaq yarası aşkar olunub.

İttiham tərəfinin versiyasına görə, cinayətin səbəbi qisas olub. Müəllimə sosial-pedaqoji mərkəzə xəbər verib ki, günahlandırılanların bacısı özünün azyaşlı uşaqlarını yersiz şəkildə izləyir.

Həmin vaxt qadının 18 və 20 yaşlarında olan qardaşları qisas almaq qərarına gəliblər. İçkili vəziyyətdə olan qardaşlar cinayəti törədiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}