16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib
Tarix: 15-01-2020 10:30 | Bölmə: Cəmiyyət
47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib

2019-cu ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8447 müraciətinə baxılıb, həmçinin 317 cinayət xarakterli material araşdırılıb.

Reyting.az
xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında deyib.

Kamran Əliyevin sözlərinə görə, araşdırılan həmin materialların 231-i (72.90 %) üzrə cinayət işi başlanıb, 86 (27.10 %) material üzrə digər prokuror təsir aktları tətbiq edilib.

O bildirib ki, hesabat dövründə korrupsiya hüquqpozmaları barədə daxil olmuş müraciətlər əsasən, yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edib .3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həlli təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, 19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}