Bakı polisi məktəbliləri oğurlamaq istəyən qadını axtarır - Foto
Tarix: 24-01-2020 11:24 | Bölmə: Cəmiyyət
Bakı polisi məktəbliləri oğurlamaq istəyən qadını axtarır

Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.

İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı Şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb:

"Tərəfimizdən müvafiq araşdırmalar aparılır".

Bakı polisi məktəbliləri oğurlamaq istəyən qadını axtarır

Xatırladaq ki, "whatsapp" sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb.

Paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib. Ərazidə olan valideynlər qadına mane olublar.

Bakı polisi məktəbliləri oğurlamaq istəyən qadını axtarır

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}