21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Xəstəxanada vəfat edən iki nəfərin cənazəsi səhv göndərildi - Fotolar
Tarix: 25-01-2020 12:12 | Bölmə: Cəmiyyət
Xəstəxanada vəfat edən iki nəfərin cənazəsi səhv göndərildi

Xəstəxanada vəfat edən 81 və 82 yaşlı iki şəxsin cənazəsinin dəyişik düşməsi hər iki ailədə şok effekti yaradıb.

Reyting.az
xəbər verir ki, İstanbuldakı xəstəxanalardan birində müalicə alan iki yaşlı insan vəfat edib, ancaq təsadüfən onların cənazələri dəyişik düşüb.

Beləcə, Ordu şəhərindən olan 81 yaşlı Əli Çalışqanın cənazəsi Ədirinəyə, Ədrinədə yaşayan 82 yaşlı Keşanlı Məhməd Muradın cəsədi isə Orduya göndərilib.

Orduya göndərilən cənazənin Əli Çalışğana məxsus olmadığını müəyyən edən ailəsi həyatının şokunu yaşayıb və dərhal öz cənazələrinin ailəyə təslim edilməsini tələb edib. Səhv göndərilən cənazə İstanbula qaytarılıb, Əli Çalışğanın cənazəsi isə Orduya gətirilib.

Məlumata görə cənazə xidməti bölümünün əməkdaşı Nemətullah Yücə ailəyə cənazəni təqdim edərkən kəfəni aralayıb. Cənazəyə baxan ailə isə bunun onlara məxsus olmadığını deyib. Qısa müddətə yüzlərlə Ordu sakini hadisə yerinə toplaşıb.

Bundan sonra əsl həqiqət ortaya çıxıb. Dərhal İstanbulla əlaqə yaradılıb və məlum olub ki, cənazələrin adı səhv yazılıb.

Xəstəxanada vəfat edən iki nəfərin cənazəsi səhv göndərildi
Xəstəxanada vəfat edən iki nəfərin cənazəsi səhv göndərildi

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər