Bakıda karantinə alınan 3 xəstə var - İki qurum birgə məlumat yaydı
Tarix: 07-02-2020 10:13 | Bölmə: Cəmiyyət
Bakıda karantinə alınan 3 xəstə var - İki qurum birgə məlumat yaydı

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb.

Reyting.az
-a daxil olan məlumata görə, fevral ayının 7-si üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

"Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə əlaqəsi olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar evlərinə buraxılacaqlar".

Qeyd edək ki, ötən gün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər həkim nəzarətində idi.




Bölməyə aid digər xəbərlər
8-12-2024, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq

bütün xəbərlər