16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda məscid və dini ibadətgahlara tapşırıqlar verilib - Koronavirusa görə
Tarix: 28-02-2020 17:14 | Bölmə: Cəmiyyət
Azərbaycanda məscid və dini ibadətgahlara tapşırıqlar verilib - Koronavirusa görə

Qafqaz Müsəlmanları İdarə (QMİ) koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycanda məscid və dini ibadətgahlara tapşırıqlar verib.

Bu barədə "Report"a QMİ-nin sədr müavini Fuad Nurullayev bildirib.

O bildirib ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik tədbirlərin həyata keçirilməsi nəzərə alınaraq insanların camaat namazları ilə əlaqədar kütləvi şəkildə ibadət etməsi ilə bağlı məscid rəhbərlərinə və imamlara müvafiq göstərişlər verilib. 

Sədr müavini məscidlərə gedən didnarlara müraciət edərək gigiyenik qaydalara riayət olunmasını tövsiyə edib. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}