21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Şah İsmayılın Bakıdakı abidəsi götürülüb - Yenilənib
Tarix: 01-03-2020 11:02 | Bölmə: Cəmiyyət
Şah İsmayılın Bakıdakı abidəsi götürülüb

Şah İsmayıl Xətainin Bakının mərkəzində abidəsi sökülüb.

Reyting.az
bildirir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıblar.

Yusif Səfərov küçəsindəki abidənin hara aparıldığı və harada qoyulacağı hələ bilinmir.

Xatırladaq ki, prospektdə yol qovşağının yaradılması ilə əlaqədar abidənin söküləcəyi barədə hələ 2017-ci ildə məlumat yayılmışdı.

Onu da qeyd edək ki, Şah İsmayıl Xətai görkəmli tarixi şəxsiyyətdir, Səfəvilər dövlətinin banisi və ilk hökmdarı olub. Vahid Azərbaycan dövlətinin əsasını qoyan və Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran məhz o olub. Şah İsmayıl Xətai təxəllüsü ilə lirik və epik şeirlər də yazıb.(Virtualaz.org)

****

Şah İsmayıl Xətainin heykəlinin götürülməsinin səbəbi açıqlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, heykəl iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olub. Bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə, filosof və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb.

Qeyd olunub ki, heykəlin qarşısında il boyu qulluq olunacaq çiçəkliklər salınıb: “Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək.

Digər tərəfdən, Xətai heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da həmin ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq”.

Şah İsmayılın Bakıdakı abidəsi götürülübŞah İsmayılın Bakıdakı abidəsi götürülüb

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər