21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycanda koronavirus aşkarlanmış xəstələrin vəziyyəti stabildir
Tarix: 01-03-2020 11:17 | Bölmə: Cəmiyyət
Azərbaycanda koronavirus aşkarlanmış xəstələrin vəziyyəti stabildir

“Azərbaycanda koronavirus aşkarlanmış 3 xəstənin vəziyyətində ağırlaşma yoxdur”.

Reyting.az
xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavabında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, hazırda xəstələrin vəziyyəti stabildir.

TƏBİB rəsmisinin sözlərinə görə, koronavirusa yoluxan yeni xəstə yoxdur.

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün isə Təbrizdə səfərdə olub.

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs də fevralın 26-da xəstəxanaya yerləşdirilib və Qum şəhərindən gəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər