Lerikdə torpaq sürüşməsi olub - Ölən və xəsarət alanlar var
Tarix: 07-03-2020 12:06 | Bölmə: Cəmiyyət
Lerikdə torpaq sürüşməsi olub - Ölən və xəsarət alanlar var

Lerik rayonunda torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.

"Report" xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

Torpaq şürüşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA-nın məlumatında isə bildirilir ki, torpaq sürüşməsi nəticəsində dağılan ev Arif Əlirzayevə məxsusdur.

Hadisə nəticəsində A. Əlirzayev ölüb, ailənin xəsarət alan iki üzvü - 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva xəstəxanaya yerləşdiriliblər.

Lerikdə torpaq sürüşməsi olub - Ölən və xəsarət alanlar var

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}