16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Marneulidə azərbaycanlı qadın ailə üzvlərini koronavirusa yoluxdurub
Tarix: 24-03-2020 15:42 | Bölmə: Cəmiyyət
Marneulidə azərbaycanlı qadın ailə üzvlərini koronavirusa yoluxdurub

“Bu gün Gürcüstanda təsdiq olunan 4 yeni koronavirus halı Marneuli ilə bağlıdır”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.

Onun sözlərinə görə, həmin şəxslər koronavirusa yoluxan 62 yaşlı qadının ailə üzvləridir: “Hazırda həmin qadın Tbilisidə müalicə olunur. Onun ilkin olaraq yerləşdirildiyi Marneuli xəstəxanasındakı digər pasiyentlər və tibbi heyət koronavirusla bağlı testdən keçiriliblər və nəticələr mənfi olub”.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 67 nəfər yoluxub ki, onların da 9-u sağalıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}