Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
Tarix: 10-09-2025 10:00 | Bölmə: Cəmiyyət
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub

Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb. Ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.

Araşdırmalarla M. Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
8-09-2025, 12:34 Sabah yağış yağacaq