12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Koronavirusla bağlı nəhəng xəstəxananın tikintisinə başladılar - İşə 2500 insan cəlb olunub
Tarix: 24-03-2020 16:03 | Bölmə: Cəmiyyət
Koronavirusla bağlı nəhəng xəstəxananın tikintisinə başladılar - İşə 2500 insan cəlb olunub

Rusiyada durmadan artan koronavirus infeksiyasına qarşı böyük bir xəstəxananın inşaasına başlayıblar və virusa yoluxanları bu xəstəxanada müalicə etməyi panlaşdırırlar.

Reyting.az
xəbər verir ki, artıq Moskva şəhərində belə bir xəstəxananın təməli atılıb.

İlkin məlumata görə, xəstəxanın tikintisinə 2 min fəhlə, 500 mütəxəssis cəlb edilib.

Moskva şəhərinin meri Sergey Sobyanin bildirib ki, xəstəxana 70 min kvadrmetr sahəni əhatə edəcək. Onun sözlərinə görə, infeksiya ilə bağlı tikilən xəstəxanada eyni anda 500 xəstə müayinə və müalicə ediləcək.

Moskva meri əlavə edib ki, xəstəxana hazırlıqlı quruluşda olacaq, buradan gələcəkdə mümkün olan müxtəlif virus və yoluxucu xstəliklərə qarşı istifadə ediləcək: “Buna görə də, xəstəxana ən müasir texnoloji avadanlıqlarla təchiz olunacaq”.

Bununla belə nəhəng xəstəxananın tikintisinin nə zaman başa çatacağı, onun hansı ayda xəstələrin xidmətinə veriləcəyi bəlli deyil.

Koronavirusla bağlı nəhəng xəstəxananın tikintisinə başladılar - İşə 2500 insan cəlb olunub

Rusiya Koronavirusla Mübarizə Mərkəzinin dünənə olan məlumatlarına görə, ölkədə 438 virus daşıyıcısı var və bunların 250 nəfəri Moskvada müəyyən edilib. Başqa sözlə, Rusiyada virus daşıyıcılarının 50 faizindən çoxu Moskvadadır. Məhz bu səbəbdən də Rusiya hökuməti Moskvada böyük bir xəstəxana tikintisinə ehtiyac hiss edib.

Xatırladaq ki, koronavirusla mübarizə çərçivəsində ilk dəfə Çinin Vuhan şəhərində 1000 nəfərlik xəstəxana inşa edilmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər