13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
9 dəfə ölüb-dirilən oğlan: son dəfə onun dirilməsi 45 dəqiqə çəkib
Tarix: 05-04-2020 21:47 | Bölmə: Cəmiyyət
9 dəfə ölüb-dirilən oğlan: son dəfə onun dirilməsi 45 dəqiqə çəkib

Həqiqətən eşitmədiyimiz nadir şeylərdən biri insanın bir və ya iki dəfə öldükdən sonra yenidən dirildilməsidir. Amma qəlbi 9 dəfə döyüntüsünü dayandırıb hər dəfə yenidən fəaliyyətini bərpa edən bir insan var.

Reyting.az
“The Sun”-a istinadla xəbər verir ki, Avstraliyanın Sanşayn şəhərindəki çimərlikdə anadan olmuş, hazırda Londonda yaşayan Cimmi Pol bu qəribə vəziyyətdən əziyyət çəkir, 20 yaşından bəri o, 9 dəfə infarkt keçirib və ölüb-dirilib.

Cimmi həkimlərin ölümcül hesab etdiyi genişlənmiş kardiyomiyopatiya olaraq bilinən ürək xəstəliyindən əziyyət çəkir və inandığına görə daha 5 il yaşayacaq.

Ona doğuşdan bəri xəstəlik diaqnozu qoyulub və anası daim ondan soruşur: “Bu həftə öldünmü?” Cimi təbəssümlə cavab verir: “Xeyr, mən bu həftə ölməmişəm”.

Yeni texnologiya mütəxəssisi olan 20 yaşlı Cimmi Paulun yenidən həyata qayıtması son dəfə 45 dəqiqə çəkib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər