13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
5446 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Tarix: 06-04-2020 10:15 | Bölmə: Cəmiyyət
5446 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Baş Dövlət Yol Polis İdarəsi (DYP) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 05.04.2020-ci il saat 00:00-dan 06.04.2020-ci il 00:00-dək olan müddətdə DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 05.04.2020-ci il saat 00:00-dan 06.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1369 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 5446 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər