Ukrayna Azərbaycanlıları Konqresinin sədri koronavirusa yoluxub
Tarix: 08-04-2020 22:58 | Bölmə: Cəmiyyət
Ukrayna Azərbaycanlıları Konqresinin sədri koronavirusa yoluxub

Birləşmiş Ukrayna (BUAK) Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusa yoluxub. Bu barədə BUAK "Facebook" səhifəsində məlumat yayıb.

Reyting.az
xəbər verir ki, məlumatı APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən təsdiqləyiblər. Məlumatda bildirilir ki, Rövşən Tağıyev xəstəxanada koronavirus testindən keçib, testin nəticəsi pozitiv çıxıb.

Bildirilib ki, R. Tağıyevin vəziyyəti ağır deyil. Yoxlanışdan sonra onun evdə və ya xəstəxanada müalicəsini davam etdirəcəyi məlum olacaq.
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}