10-a yaxın kənd sel suları altında qalıb
Tarix: 26-10-2016 14:40 | Bölmə: Cəmiyyət


Azərbaycanda yağan intensiv yağışlar Goranboy rayonunda ciddi fəsadlar yaradıb.

Reyting.az saytı Report-a istinadla xəbər verir ki, leysan xarakterli yağışların yağması Qaraçay çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə çayın sahilinə yaxın yerləşən 10-a yaxın kənd sel sularına məruz qalıb.

Sel suları yaşayış məntəqələrində evlərin zirzəmilərinə dolub. Həmçinin kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri sel sularının altında qalıb və yarasız hala düşüb. Rayon mərkəzi ilə Ağcakənd qəsəbəsini birləşdirən yolun bir hissəsi çöküb.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

 





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər