13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Məhkəməyə verilən universitet borcunu ödəyib
Tarix: 20-04-2020 01:36 | Bölmə: Cəmiyyət
Məhkəməyə verilən universitet borcunu ödəyib

“Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Dövlət Universitetini (SDU) məhkəməyə verib. Buna səbəb universitetin təbii qazdan istifadəyə görə yaranmış 1528 manat borcunu ödəməməsidir.

“Azəriqaz” iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra universitet borcu tam olaraq ödəyib.

Bundan sonra “Azəriqaz”ın nümayəndəsi mülki iş üzrə iddia tələbindən imtina olunduğunu bildirib və məhkəmədən mülki iş üzrə icraata xitam verilməsini, məhkəməyə müraciət olunarkən ödənilmiş 30 manat rüsum və 40 qəpik xidmət haqqının universitetdən onların xeyrinə tutulmasını istəyib.

Sumqayıt Dövlət Universitetinin nümayəndəsi buna etiraz etməyib.

Məhkəmə “Azəriqaz”ın xeyrinə qərar çıxarıb.(Müsavat.com)

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər