Azərbaycan Ordusunun təlimlərinə PUA heyətləri də qoşuldu - Video
Tarix: 20-05-2020 12:06 | Bölmə: Cəmiyyət
Azərbaycan Ordusunun təlimlərinə PUA heyətləri də qoşuldu

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarə edilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları icra edirlər. Bu, artilleriyanın tətbiqinin nəticələrini müşahidə və lazımi düzəliş verməyə imkan verir.

Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş PUA-lardan istifadə olunur.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}