Ramazanın 27-ci gününün duası: imsak və iftar vaxtı
Tarix: 20-05-2020 20:57 | Bölmə: Cəmiyyət
Ramazanın 27-ci gününün duası: imsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 21-də imsak saat 03:30-də, iftar isə saat 20:11-dədir.

Ramazan ayının 27-ci gününün duası:

"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".

Tərcüməsi:

"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"

Allah orucunuzu qəbul etsin!




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər